Pakistanda baş verən bomba partlayışı nəticəsində 12 nəfər həlak olub

Pakistanın şimalı-qərbində velosipedə bağlanan bombanın partlaması nəticəsində 12 nəfər həlak olubvə ən azı 10 nəfər isə yaralaıb.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Pakistan polisi bildirib ki, çərşənbə günü bomba patrul maşını Dera İsmayıl Xan şəhərinin içərisindən keçərkən partlayıb. Şəhər xəstəxanasının həkimləri ölənlər arasında 2 uşaq və 3 polis nəfərinin olduğunu da söyləyib. Rəsmilər bildirir ki, bomba Talibana qarşı əməliyyatlarda iştirak edən yüksək vəzifəli zabitləri hədəfə alıb. Fransa xəbər agentliyi Pakistanlı Taliban sözçüsunə istinadən hücuma görə qrupun məsuliyyət daşıdığını deyir. Dera İsmayıl Xan şəhəri Xeybər Paxtunxva vilayətində yerləşir.

В этом разделе