Düşərgədəki uşaqlara bayram hədiyyələri paylanıb
"ANS PRESS"in məlumatına görə Ramazan bayramı ilə əlaqədar olaraq Pakistanın Sind vilayətində bir müddət əvvəl ölkəni cənginə almış daşqınlardan zərər çəkmiş insanların məskunlaşdıqları çadırlarda hazırlıqlara başlanılıb. Düşərgədəki uşaqlara bayram hədiyyələri paylanıb. Bu kampaniyaya qoşulan könüllülərin sözlərinə görə, məqsəd bu bayram günlərində təbii fəlakət qurbanlarının yaşadığı gərginliyi bir qədər azaltmaqdan ibarətdir. Sind vilayətindəki düşərgədə yerləşdirilmiş daşqın qurbanlarının sözlərinə əsasən, bir vaxtlar Ramazan bayramını böyük sevinclə qeyd etsələr də, indi yalnız bir paltarla keçirmək məcburiyyətindədirlər.
Xatırladaq ki, Pakistanın şimal-qərbində iyulun sonlarında başlayan daşqınlar 1700-dən çox insanın ölümü, yüzlərlə kəndin isə dağılması ilə nəticələnib. 17 milyondək insan isə təbii fəlakətdən zərər çəkib və yardıma ehtiyac duyur