Pakistanın dövlət rəsmiləri ABŞ hərbi hava qüvvələrinə məxsus pilotsuz təyyarələrin ölkənin əyalətlərinə qarşı keçirdikləri hərbi əməliyyatlardan BMT-yə şikatər edəcəklərini bildiriblər
Pakistan parlamenti əməliyyatlarda öldürülmüş dinc əhali haqda məlumatlar toplamağa başlayıb. Pakistan dəfələrlə ərazi bütövlüyünün pozulması xəbərdarlığı etsə də, ABŞ buna məhəl qoymayıb. ABŞ-ın Pakistana qarşı keçirdiyi əməliyyatlar keçmiş prezident Corc Buş zamanından başlasa da, Barak Obamanın hakimiyyətə gəlişindən sonra intensiv hal almağa başlayıb-"deyerler" "Press tv"yə istinadən xəbər verir.
ABŞ hər zaman olduğu kimi, əməliyyatların dinc əhaliyə qarşı deyil, “Taliban”ı dəstəkləyən hərbi qruplaşmalara qarşı olduğunu vurğulayır. Pakistanın dinc əhalisi isə bundan ən çox zərər çəkənlər olaraq qalmaqdadır.