Barak Obamanın müxalifləri olan respublikaçılar prezidentin ilin sonuna qədər ordu birləşmələrini İraq ərazisindən tam çıxarmaq haqda qərarını tənqid ediblər
SalamNews-un "Vzqlyad" portalına istinadən verdiyi xəbərə görə, Massaçusets ştatının sabiq qubernatoru, prezidentliyə namizədliyini irəli sürmək uğrunda mübarizə aparan Mitt Romni bu qərarı "tam məğlubiyyət" adlandırıb. Onun əsas rəqibi, Texasın qubernatoru Rik Perri isə çox təəssüfləndiyini söyləyib.
Seçicilər arasında bir qədər az nüfuza malik respublikaçılar da İraqdan ordunun çıxarılmasına mənfi münasibət bildiriblər.
Obama cümə günü bu ilin sonunadək ABŞ ordusunu İraqdan çıxarılacağını bəyan edib.