ABŞ prezidenti Barak Obama Amerikanın pilotsuz təyyarələrinin Pakistan ərazisinə zərbə endirmələrini rəsmən etiraf edib
İslamazeri.az-ın “Hürriyyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Obama "Google+" və "YouTube" resurslarında keçirdiyi mətbuat konfransında bəyan edib. Bu günə kimi sözügedən əməliyyatlar ABŞ-ın rəsmi şəxsləri tərəfindən müzakirə olunmayıb. Obamanın sözlərinə görə, əksər zərbələr Əfqanıstanla sərhəd regionlarda fəaliyyət göstərən “Əl-Qaidə” və “Taliban” döyüşçülərinə endirilib. KİV-in məlumatına görə, 2011-ci ildə ABŞ Pakistanın sərhəd ərazilərinə 64 raket zərbəsi endirib, 2010-cu ildə isə zərbələrin sayı 101 təşkil edib. ABŞ ordusu gələcək əməliyyatlarında da pilotsuz təyyarələrdən istifadə etmək niyyətindədir.