İki prezidentin "qeybəti" hamıya bəll olub
Fransanın "Arrest Sur İmages" qəzeti xəbər verir ki, noyabr ayının 3-də Fransanın Kann şəhərində keçirilən G-20 sammitində Fransa prezidenti Nikolya Sarkozi ABŞ prezidenti ilə söhbətdə İsrailin baş naziri Benyamin Netanyahunu yalançı adlandırıb-"ahlibeyt" saytı xəbər verir.
Qəzet bildirir ki, Sarkozi ilə Obamanın təkbətək söhbəti texniki nasazlıq səbəbindən jurnalistlər tərəfindən eşidilib. Nikolya Sarkozi Obama ilə Netanyahu barədə söhbəti zamanı deyib: "Artıq onu(Netanhyahu) görmək belə istəmirəm. O yalançıdır". Cavabında isə Barak Obama deyib: "Mənə deyirsən? Mən hər gün onunla iş görmək məcburiyyətindəyəm".
Bundan başqa Obama Sarkozidən xahiş edib ki, o fələstinliləri BMT-ə üzv olunmaları müraciətini heç olmasa müvəqqəti olaraq dayandırmağa dəvət etsin. Həmçinin bildirilir ki, Obama Sarkoziyə Fransanın Fələstinin YUNESKO-ya üzv seçilməsində Fələstini dəstəkləyəcəyini ona bildirməməsindən incidiyini deyib.