ABŞ prezidenti Barak Obama növbəti dəfə İranın ünvanına təhdidedici bəyanat səsləndirib
Onun sözlərinə görə, Amerika İranın nüvə proqramının reallaşdırılmasına mane olmaq üçün istənilən təzyiq vasitəsinə əl atacaq. ''ABŞ İranın nüvə silahı hazırlamasına mane olmaq fikrində qətidir və bu yolda hər hansı vasitəni istisna etmirəm'', - SalamNews-un ''PressTV''-yə istinadən verdiyi xəbərə görə, Obama deyib.
Xatırladaq ki, ABŞ və İsrail İranın nüvə proqramının hərbi xarakter daşıya biləcəyini əsas gətirərək, rəsmi Tehranı hərbi zərbələr endirməklə təhdid ediblər.