Obama: "ABŞ heç vaxt islam ilə mübarizə aparmayacaq"

ABŞ prezidenti ölkəsinin müsəlmanlara qarşı mübarizə aparması haqqında iddiaları inkar edib

BŞ prezidenti Barak Obama Əfqanıstanda terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyanın qazındığı uğurlardan söz açıb.

SalamNews "İntefaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Əfqanıstanda amerikalıların 10 illik iştirakı münasibətilə keçirilən mərasimdə bəyan edib. O deyib: “Usama bin Laden və “Əl-Qaidə”nin digər liderləri üzərində qələbədən sonra biz “Əl-Qaidə”nin və onun cinayət şəbəkəsinin dağılmasına yaxınlaşdıq”.

B.Obama bildirib ki, Əfqanıstan hələ də qeyri-adi problemlərlə üzləşir. Bundan əlavə, biz talibanları Əfqanıstanın bir sıra nötqələrindən çıxara bildik və bu, Əfqanıstan xalqına gələcək üçün yeni şans verir.

Onun sözlərinə görə, ABŞ heç vaxt İslam aləmi ilə müharibə vəziyyətində olmayacaq. Biz bütün haqq, ləyaqət və imkanlar axtaranların yanında olacağıq.

В этом разделе