Nyu-Yorkda partladılmış əkiz göydələnlər yaxınlığında nəhəng məscid inşa olunur

11 sentyabrda partladılmış əkiz qülələr

11 sentyabr 2001-ci ildə Nyu-Yorkda partladılmış Ümumdünya Ticarət Mərkəzinin iki əkiz göydələni yaxınlığında İslam mədəniyyət mərkəzi ilə birgə böyük bir məscid inşa ediləcək, - “SalamNyus” xəbər xəbər verir.

Şəhər hakimiyyətindən bildirilib ki, belə bir qərar, Manxetten rayonunda yaşayan müsəlmanların istəyi ilə qəbul edilib.

13 mərtəbəli binadan ibarət İslam Mərkəzi və məscidin, düz partladılmış binaların qarşısında inşa olunacağı gözlənilir. Layihənin dəyəri 100 milyon dollar civarında hesablanıb. Belə bir layihənin həyata keçirilməsində məqsəd, bu terror hadisəsindən sonra müsəlmanlara qarşı qalxmış islamofobiya dalğasını müəyyən qədər dayandırmaq və İslamla terrorun ziddiyət təşkil etdiyini nümayiş etdirməkdir.

В этом разделе