Nürəddin Şirin yenə İsrail kəşfiyyatının hədəfində

Türkiyənin tanınmış ictimai xadimi, "Qüds TV", "İsra Xəbər" Portalının direktoru Nürəddin Şirin yenə İsrailin hədəfinə tuş gəlib.

 

Bu haqda İslam-Azeri.az İnternet qəzeti "Velfecr.com"a istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Sionist rejimin kəşfiyyat təşkilatlarına bağlı "The Meir Amit Intelligence and Terrorism Information Center" Nürəddin Şirinlə bağlı böyük bir araşdırma yazı yazıb.

Araşdırmanın əvvəl hissəsində qeyd edilir: "Türkiyəli Qərb və Yəhudi əleyhdarı jurnalist Nürəddin Şirin müsəlmanlara xəyanət etdiklərinə görə, Hüsnü Mübarək və İordaniya kralı Abdullanın rejimlərinin devrilməsi çağrısını etmişdi".

Sionist kəşfiyyatına bağlı bu mərkəz Nürəddin Şirin İordaniyaya etdiyi son səfəri, Əhmədinejadın xüsusi dəvətilə "Mavi Mərmərə" terrorunda xəsarət alanlarla birlikdə İranda qonaq olması və "Həmas" və "Hizbullah"a açıq dəstək verməsi də qeyd edilir.

Nürəddin Şirinin bir neçə illik fəaliyyətinə toxunan "The Meir Amit Intelligence and Terrorism Information Center" Nürəddin Şirinin İsrailin Türkiyədəki konsulluğu önündə çıxışlarına xüsusi diqqət yetirir. 


В этом разделе