Norveçli model Türkiyədə möhkəm döyülüb

Norveçli model Yanis Mariya Uilson

Türkiyə Antalya şəhərinin Alanya rayonunda dincələn 25 yaşlı norveçli model Yanis Mariya Uilson butik satıcısı tərəfindən döyüldüyünü bildirib.

anspress.com-un məlumatına görə polisə şikjayət edən model anası Adriana Uilsonla birlikdə zəncirbəndi xarab olan şalvarı qaytarmaq üçün butikə getdiyini və satıcının zərbələrinə məruz qaldığını deyib. Polis şöbəsindən çıxarkən jurnalistlərə də məlumat verən Uilson satıcının onu yerə yatıraraq döydüyünü, üzünə təpiklər vurduğunu iddia etdi. Model həmçinin üzündə və bədənində meydana gələn göyərmələr səbəbilə moda nümayişi üçün podiuma çıxa bilməyəcəyini deyib.

İddiaları qəbul etməyən satıcı isə deyilənlərin əksinə özünün döyüldüyünü bildirib. Uilsonun butikdən don aldığını deyən satıcı daha sonra onun anası ilə birlikdə gələrək donu qaytarmaq, başqa paltarlara baxmaq istədiyini bildirib. Satıcı daha sonra modelin 5 don alaraq geyim kabinasına girdiyini, ordan 4 donla çıxdığını da əlavə edib. “Donlardan birinin əksik olduğunu dedim. Ana qız birləşərək məni döydülər”.

Baş verənlərə görə polisə şikayət etmədiyini deyən satıcı hələ də hadisənin şokunda olduğunu, iki gündür işə gedə bilmədiyini bildirib.
Hadisə barədə hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

В этом разделе