“Niqabla məşğul olmaqdansa, gedin, qısa yubkanı yığışdırın!”

Tanınmış İslam alimi Qərdavi Misirdə və Avropa ölkələrində gündəmə gələn niqab qadağası ilə bağlı kəskin açıqlama verib. Beynəlxalq Müsəlman Alimləri Birliyinin (BMAB) sədri Qərdavi müsəlman qadınların niqab taxmaq hüququnun olduğunu bildirərək, bu məsələ ilə “məşğul” olanları başa düşə bilmədiyini deyib.

“Əl-Cəzirə” telekanalında yayımlanan “Şəriət və Həyat” propramının qonağı olan alim niqabın İslamda fərz buyurulmadığını və qadınların üzlərini örtmələri xüsusunda hər hansı bir dəlil-sübutun olmadığını qeyd edib. BMAB sədri bununla yanaşı, dini və fərdi hüquq baxımından qadınların niqab taxmalarına heç kimin etiraz etmək haqqı olmadığını vurğulayıb.

Bir sıra ölkələrdə niqab əleyhinə aparılan kampaniyaları qınayan Qərdavi: “Müsəlmanlara niqabı qadağan etmək əvəzinə qısa yubkaları və yarıçılma geyinməni yığışdırın!” - deyib.

Alim anti-niqab kampaniyalarını laiq fəaliyyət kimi xarakterizə edərək, niqabı qadağanetmə cəhdlərinin sözügedən dairələrin müdafiə etdiyi insan hüquqları məsələsi ilə ziddiyyət təşkil etdiyini bildirib.

Qərdavi bəzi islam alimlərinin niqabı fərz, bəzilərinin bəyənilən və qadının hədsiz gözəl olduğu təqdirdə isə onun vacib hesab edildiyini deyib.

/dunyabulteni/

/azerimuslims/


В этом разделе