Dünya bazarında neftin qiyməti 61 dolları keçib. Nyu-York əmtəə birjasında Texas nefti 61 dollar 54 sentə, Londonda isə Brent markalı qara qızıl 60 dollar 4 sentə təklif olunub. Azəri light markalı Azərbaycan neftinin bir barreli isə mayın 19-da keçirilmiş hərraclarda 59 dollar 1 sentə satılıb.
Maliyyə bazarlarında avronun məzənnəsi 1 dollar 37 sentə qalxıb. Qızılın unsiyası isə 938 dollara və yaxud qramı 30 dollar 25 sentə qədər bahalaşıb./ANS PRESS/
Maliyyə bazarlarında avronun məzənnəsi 1 dollar 37 sentə qalxıb. Qızılın unsiyası isə 938 dollara və yaxud qramı 30 dollar 25 sentə qədər bahalaşıb./ANS PRESS/