Neft yenə kəskin ucuzlaşıb

Dünya bazarında neftin qiyməti yenidən kəskin düşüb

Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Norveçdə neft-qaz sənayesi işçilərinin tətilinin başa çatması və Çində neft idxalının azalması fonunda ucuzlaşıb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 2,08 dollar ucuzlaşaraq 83,91 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 2,35 dollar itirərək 97,97 dollar təşkil edib.

В этом разделе