NATO komandanlığı bu məlumatlara dair hələlik heç bir şərh verməyib
Liviya kütləvi informasiya vasitələri NATO qüvvələrinin paytaxt Tripoliyə avia-zərbələr endirdiyini yazır. Liviya dövlət televiziyası Tripolinin rayonlarından birinə endirilmiş zərbələr nəticəsində 7 dinc sakinin öldüyünü, 18-nin də yaralandığını bildirir. NATO komandanlığı bu məlumatlara dair hələlik heç bir şərh verməyib. /ANS/