Əfqanıstanda qırğınlar davam edir
NATO qüvvələrinin Əfqanıstanda işğalçı əməliyyatlar zamanı 12-si uşaq olmaqla 14 dinc sakinin qətliam etməsinə görə komandanlığın üzr istəməsindən bir neçə saat keçməyib ki, NATO daha bir cinayətə qol qoyub. Bu dəfə NATO-nun Nuristan əyalətinə aviasiya zərbələri endirməsi nəticəsində 18 dinc sakin və 20 yerli polis həyatını itirib, - "Deyerler" “İslamNyus”a istinadən xəbər verir.
“Polislər NATO hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Ölənlər arasında dinc insanlar da olub”, - deyə əyalətin qubernatoru Camaluddin Badr bildirib.
Qeyd edək ki, bundan öncə Qelmend əyalətində NATO qüvvələrinin raket zərbəsi nəticəsində 14 dinc insan həyatını itirmişdi.