NATO baş katibi Yaap de Hoop Sxeffer Əfqanıstana səfər edərək prezident Həmid Kərzayi ilə bir araya gəlib.
“Media forum” saytı xəbər verir ki, baş katib Əfqanıstanda aprelin 20-də keçiriləcək prezident seçkisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə əlavə güclərin göndəriləcəyini bildirib. Söhbət 4 min əsgər və zabitdən gedir.
Silahlı qüvvələrin sayının artırılmasına baxmayaraq Əfqanıstanda vəziyyət sabitləşmir. Talibanın nəzarətindəki silahlı dəstələrin müqasviməti artır. NATO qüvvələrinin əməliyyatları zamanı mülki əhali arasında itkilərin artması da problemdir və Əfqanıstanda Şimali Atlantika Blokuna qarşı mənfi münasibətin formalaşmasına yol açır.
Yaap de Hoop Sxeffer Kabil görüşlərində bu problemə toxunaraq deyib: “NATO qüvvələrinin komandanlığı günahsız əfqanların həlak olmasının qarşısını almaq üçün əlindən gələni edəcək. Bir günahsız insanın itkisi belə həddən artıq çoxdur və mən bunun təkrarlanacağı halda indidən əfqanlardan üzr istəyirəm”.
NATO qüvvələri Əfqanıstanda 67 min hərbçi ilə təmsil olunur. Əfqanıstanda Pentaqon rəhbərliyinin nəzarəti altında ayrıca antiterror qrupu da fəaliyyət göstərir. Ümumilikdə bu ölkədə 30 min amerikalı xidmət edir. Əfqanıstanda qayda-qanunun yaradılmasında əsas yük əvvəlkitək ABŞ-ın üzərinə düşür. «Media forum»
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014