Napoleonun “Bismillah”la başlayan məktubu

İslam İnqilabı Sənədlər Mərkəzi, Napoleon Bonapartın misir xalqına xitab olaraq yazdığı məktubu yayımlayıb.

1789-cu ildə Fransa hərbi gəmisi Napoleonun rəhbərli ilə Fransadan Misirə doğru hərəkət edir.

5 min əsgərlə Misirə daxil olan Napoleon, İskəndəriyəyə çataraq şəhəri alır. Qahirəyə hücum etmək istəyən Napoleon, xalqın kralı dəstəkləməməsi üçün bir məktub yazaraq xalqın arasında paylayır.

Məktubun mətni bu şəkildədir:

"Rəhman və Rəhm Olan Allahın Adı ilə. Allahdan başqa ilah yoxdur və Məhəmməd onun Rəsuludur. Suverenliyini azadlıq və bərabərlik qanunu üzərinə quran Fransa xalqı adına səslənirəm. Ölkənizə hakim olan "Bəylər" Fransa xalqını hörmətdən salaraq, tacirlərimizi işgəncələrə məruz qoyurlar. Aləmlərin Rəbbi Allah, onların səltənətinə son verməyi iradə etmişdir. Mən Misir krallarından çox Allaha və onun Peyğəmbərinə ehtiram edirəm. Onlara deyin ki, Allahın yanında xalqlar arasında fərq yoxdur. Yalnız insanı fərqli edən ağıl, insani təfəkkür və uca əxlaqi dəyərlərdir. Şeyxlər, hakimlər və müəllimlər xalqı arxayın etsinlər ki, biz həqiqi müsəlmanlarıq. Romaya gedib xalqı müsəlmanlarla müharibəyə dəvət edən Papanı yerin oturdan biz deyildikmi?..."

islamazeri.az

В этом разделе