Nalbandyanın növbəti iddiası

“İKT Xocalı hadisəsini soyqırım kimi tanımayacaq”

"Xocalı hadisələri İslam Konfransı Təşkiatının iclası zamanı qəbul olunmuş bəyanata baxmayaraq, İKT-yə üzv ölkələr tərəfindən soyqırım kimi tanınmayacaq". Bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan deyib.

O qeyd edib ki, İKT ölkələri ilə fəal diplomatik iş aparılır.

"Tez-tez İKT çərçirvəsində bəzi nümayəndələr bu məsələ ilə bağlı tamamilə fərqli mövqe nümayiş etdirirlər və tamamilə başqa cür səs verirlər”, deyə Nalbandyan əlavə edib. Onun sözlərinə görə, İKT-yə üzv ölkələr ilə digər dövlətlər arasında münasibətlərlə bağlı bir sıra məsələlər bəzən hətta səsverməsiz qəbul olunur.

Nalbandyan onu da əlavə edib ki, son iki il ərzində heç bir beynəlxalq və regional təşkilat Qarabağ münaqişəsinin həllində Ermənistanın mövqeyinə zidd bəyanatla çıxış etməyib.

Xatırladaq ki, İKT Xocalı soyqırımı ilə bağlı xüsusi qətnamə qəbul edib. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. Qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib.

Qətnamədə “Xocalıya Ədalət ” kampaniyasına tam dəstək ifadə olunaraq, quruma üzv olan 51 dövlətin parlamentindən qırğının “insanlığa qarşı cinayət” kimi tanımağa və kampaniyaya həm milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağıran bənd də öz əksini tabıb. Qətnamənin qəbul edildiyi toplantıda 10-dan artıq ölkənin parlament başçıları, 100-ə yaxın parlament üzvləri, eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Ermənistanın da üzv oldugu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin nümayəndələri də iştirak ediblər. /anspress/

В этом разделе