İfratçı buddistlər Myanma da daha bir məscidi yandırıblar.
Press TV-nin verdiyi məlumata görə, ifratçı buddistlər bu gün cümə günü (10 avqust) Raxin əyalətində daha bir məscidi yandırıblar.
Hal-hazırda Miyanmarın Raxin əyalətində vəziyyət gərgindir və bu əyalətdə Ruhingiya müsəlmanlarından yüzlərlə nəfər ifratçı budistlər tərəfindən qətlə yetirilib.
Son aylar ərzində Miyanmada baş verən gərginliklər nəticəsində minlərlə müsəlman qətlə yetirilib , yaralanıb və evsiz-eşiksiz qalıbdır.
Myanmanın qərb məntəqələrində yerləşən 6 dan çox müsəlman sakinli kənd də yandırılıb.
Myanma müsəlmanları bu ölkə dövləti tərəfindən azlıq kimi rəsmən tanınmırlar və heç bir vətəndaş hüququna malik deyillər.
IRIB