Myanma müsəlmanları ölkəni tərk edir

Myanmada buddistlərin müsəlmanlara qarşı törətdikləri qətliamlar artıq Yanqon şəhərinə qədər çatıb

Burada yaşayan müsəlmanlar canlarını qurtarmaq üçün şəhəri tərk etməyə başlayıb, - "Deyerler" “BBC”-yə istinadən xəbər verir.

Myanmadakı qətliamlardan sonra müsəlmanların bir hissəsinin çadır düşərgələrində, bəzilərinin isə qohumlarının evlərində qalmaq məcburiyyətində qaldıqları bildirilir. Müsəlmanların canlarını qurtarmaq üçün ölkəni də kütləvi şəkildə tərk etdikləri bildirilir.

Eyni zamanda bu gün buddist qrupların şəhər küçələlərində gəzərək müsəlmanlara qarşı təzyiqləri artırmağa çağırdıqları bildirilir. Buna rəğmən, ölkə hakimiyyəti hələ də müsəlmanların müdəfiəsi üçün heç bir addım atmır.

В этом разделе