Muxtarnamə serialına baxmaq haramdır!

Əl-Ərəbiyyə kanalı Əhli-beyt düşmənlərini müdafiə edib

313news.net-in ABNA-ya istinadlı xəbərinə görə "əl-Ərəbiyyə" televiziya kanalı yayınladığı verilişlərdən birində Peyğəmbər (s) əhli-beyti ilə düşmənçiliyilə məşhur olan Zübeyr ailəsini müdafiə edib. Televiziya proqramında İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneinin "Əhli-sünnə simvollarını təhqir etmənin haramlığı" fətvasından bəhs olunub. Bildirilib ki, hazırda İslam Respublikasında yayımlanan "Muxtarnamə" serialı tamamilə bu fətvaya ziddir. Çünki sözügedən serialda sünnilərin böyükləri təhqir olunur, cinayətkar kimi göstərilir.

Halbuki, aydındır ki, əhli-sünnə simvolları və din böyükləri dedikdə, əsasən "şeyxeyn" (Əbu Bəkr və Ömər) və Aişə xanım nəzərdə tutulur. Əməvi tayfasının cinayətkar simaları heç bir halda sünnilərin din böyükləri hesab olunmur və ola da bilməz.

Məlumatlara əsasən Səudiyyə Ərəbistanı, Əfqanıstan, Pakistan kimi ölkələrin vəhhabi alimləri isə "Muxtarnamə" filminin izlənməsinin haramlığı haqqında fətva veriblər.

Qeyd edək ki, Muxtarnamə serialında İmam Hüseynin (ə) qatillərini qətlə yetirən Muxtarın həyatından bəhs edilir. Hal-hazırda serial İranda böyük reytinqə malikdir.

В этом разделе