Varun Qandinin çıxışı partiyasının başına bəla oldu
Hindistanın keçmiş baş nazirlərindən İndirə Qandinin nəvəsi Varun Qandinin Müsəlmanlara təhqir edən səs qeydləri partiyasını çətin vəziyyətə salıb.
Qandi, Müsəlmanlar üçün "Onları gecə görsəniz qorxarsınız, Hindilərə əl uzadan Müsəlmanların əlini, başını kəsəcəyəm" dediyi iddia edilir.
Qandinin mənsub olduğu Bharatiya Janata Partiyası onun müsəlmanların əlehinə yönəlmiş çıxışına şərh verməkdən çəkinib. Varun Qandinin bu sözlərindən sonra Hindistanın Seçki Komissiyası Aprelin 16-dan mayın 13-dək keçiriləcək seçkilərdə Pilibhit bölgəsindən millət vəkili namizədi olan Varun Qandi haqqında təhqiqat başladılıb və partiyasına "rəsmi xəbərdarlıq" edilib.
Özünə də bir kopiya verilən Varun Qandinin səs qeydlərinin montaj olduğunu isbat etməsi lazım olduğunu söylənib.
Varın Qandinin evi qarşısında açıqlama verən vəkili Sanjeev Kapoor məsələnin Dehli məhkəməsində həll ediləcəyini bildirib.
Varun Qandinin sözləri iqtidardakı Konqres Partiyasının lideri Sonuya Qandi tərəfindən də tənqid olunub. Varın Qandi isə ''sözlərinin təhrif edildiyini'' iddia edir. Hindistanın əhalisinin 80 faizi Hindilər, 14 faizi isə Müsəlmanlardır ./XəzərXəbər/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014