Müsəlman, Xristian və Yahudi din adamlarının birgə bəyanatı

"Milliyət" qəzetinin verdiyi məlumata görə İngiltərənin müsəlman, xristian və yəhudi din adamları böyük 20-liyi kasıbları unutmamağa çağırıb. Aralarında İngiltərənin Anqlikan kilsəsinin baş yepiskopu Rovan Uilyams və tanınmış müsəlman fəallarından Mühamməd Əbdülbarinin də olduğu 32 imza sahibi böyük iyirmilikdən dünya böhranından çıxış yolu axtararkən kasıb ölkələri nəzərə almağı xahiş ediblər. Onların fikrincə, dünya varlıları ilə kasıbları arasında sosial fərq böyüyür. Bu da tarazlığın pozulmana gətirib çıxarır.

Xatırladaq ki, bir müddət əvvəl Anqlikan kilsəsinin baş yepiskopu Rovan Uilyamsın müsəlmanlara təşəkkür etmişdi. O “İngiltərədə ictimai həyata dinin daxil olması xüsusunda İslamın böyük rol oynadığını hesab edirəm. Müsəlmanların, xristianların və digər dini qrupların ictimai sahələrdə dinin tətbiq edilməsini gündəmə gətirmələri gərəkdiyini düşünürəm. Əgər dindar insanlar olaraq, ictimai həyatda dinin təsirini araşdırmaq və müzakirə etmək imkanına sahib ola bilməsək, cəmiyyət dindarlar üçün olduqca sıxıntılı bir mühitə çevrilər. Öz növbəsində bu, inkişafın qarşısının alınmasına gətirib çıxara biləcək bir vəziyyətdir"-demişdi. ("Dəyərlər" AİN)


В этом разделе