Müsəlman qadınlar buddistlərin kütləvi zorlamasına məruz qalır

Myanmar əsgərləri düşərgələrdə rohinqyalı müsəlman qadınlardan öz cinsi məqsəsdləri üçün istifadə edirlər

Myanmar ordusunun əsgərləri hərbi düşərgələrdə Arakan bölgəsindəki rohinqyalı müsəlman qadınlardan öz cinsi məqsəsdləri üçün istifadə edirlər. Bu barədə məlumat könüllü jurnalistlərin fəaliyyət göstərdiyi “Vice” saytında yayılıb. Sayt adına Arakandakı Stiv qəsəbəsində ezamiyyətdə olan jurnalist Assad Baig müsəlman qadınların hərbi düşərgələrdə zorla saxlanbıldığını bildirib.

“Arakan bölgəsində müsəlman qadınların Myanmar ordusunun əsgərləri tərəfindən düşərgədə zorla saxlanılması barədə kifayət qədər dəlil var. Bu barədə məlumatlar və dəlillər Beynəlxalq Əmək Təşkilatına (ILO) təqdim olunub. ILO bu dəlilləri irəli sürərək Myanmar hökumətindən bu barədə istintaq başladılmasını və əsir qadınların azadlığa buraxılmasını tələb edib” – deyə Baig bildirib.

Jurnalist Baig şahidlərin, Stiv qəsəbəsinin 5 km kənarındakı 270-ci alay komandirliyinin olduğu hərbi bazada 20 müsəlman qadın və 8 yaşından kiçik 3 qız gördüyünü deyib. “Əminə qadlı qadın düşərgənin yaxınlığından keçrkən içəridən onu səsləyən qadınlar olduğunu eşidib. Əminənin müsəlman olduğunu bilən qadınlar düşərgədə başılarına açılan dəhşətli oyunlardan danışıblar. Qadınlar hər gün bir çox əsgərin düşərgəyə gələrək onları zorladığını bildirib”.

Keçən ilin iyun ayından bu düşərgədə olduqlarını deyən girovlar bəzi qadınların bu zorlamalar nəticəsində hamilə qaldığını bildiriblər.

В этом разделе