Müqəddəs torpaqlar ramazan ayına hazırdır

Milyonlarla müsəlman ramazan ümrəsinə gedir

Müqəddəs Məkkə və Mədinə şəhərlərində aylardır davam edən ramazan ayı hazırlığı başa çatıb. 313news.net-in "timeturk"ə istinadlı xəbərinə görə, 5,5 milyon nəfərin ramazan ümrəsinə gəlməsi planlaşdırılır. Ziyarətə gələnlərin əksəriyyətinin ilk öncə Mədinədə əziz İslam peyğəmbərini (s) ziyarət edəcəyi bildirilir. Məlumata görə bu il rekord sayda viza verilib.

Kəbənin 2 min işçisinə əlavə olaraq 900 işçi də cəlb olunub. Gün ərzində Mədinədə 290 ton zəmzəm suyu paylanacağı bildirilir.

В этом разделе