Əfqanıstan prezidenti ölkəsinin Pakistanı dəstəklədiyini bildirib
Əfqanıstan prezidenti Həmid Kərzai ABŞ ilə Pakistan arasında yaşanan gərginliyə münasibət bildirib-313news.net "timeturk"ə istinadən xəbər verir. Həmid Kərzai bildirib ki, əfqan xalqı İslam Respublikasını dəstəkləyir: "Allah eləməsin, əgər ABŞ-la Pakistan arasında müharibə başlasa, Əfqanıstan Pakistanı dəstəkləyəcək".
Kərzai bildirib ki, ABŞ-la Pakistan arasındakı gərginlik Əfqanıstan-Pakistan dostluğuna təsir edə bilməz.