Mübarək Ramazan Ayının Ayparası 9 iyulda görünəcək

Muhəmməd Saleh Nəcəf: “Bürclər və Astroloji Tədqiqat və Araşdırma Mərkəzinin apardığı dəqiq hesablamalara görə, 9 iyulda, axşam radələrində, Mübarək Ramazan Ayının görünməsi mümkündür.

Lakin “Aypara” parlaq və geniş olmayacaq.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Bürclər və Astroloji Tədqiqat və Araşdırma Mərkəzinin direktoru “Muhəmməd Saleh Nəcəf”, Mübarək Ramazan Ayının görünməsinə işarə edərək bildirib: “Bürclər və Astroloji Tədqiqat və Araşdırma Mərkəzinin apardığı dəqiq hesablamalara görə, 9 iyulda, axşam radələrində, Mübarək Ramazan Ayının görünməsi mümkündür. Lakin “Aypara” parlaq və geniş olmayacaq.”

O, daha sonra bildirib: “Apardığımız hesablamalara görə, 8 iyulda, Mübarək Ramazan Ayının “Aypara”-sının hətta teleskop vasitəsi ilə, görünməsi belə qeyri mümkündür.”

Bürclər və Astroloji Tədqiqat və Araşdırma Mərkəzinin direktoru həmçinin bildirib: “Bəziləri iddia edərək, 8 iyulda Amerika qitəsinin cənub hissəsində, ən müasir teleskoplar vasitəsi ilə, “Aypara”-nın görünməsini bildirirlər. Lakin təsüflə qeyd etməliyik ki, bu sırf zəif bir ehtimaldır...”

abna.ir

В этом разделе