Şimali Koreya vətəndaşlarının Şimali Afrika və Yaxın Şərq ölkələrindəki inqlablardan xəbəri yoxdur
Şimali Koreyanın lideri Kim Çen İr qiyamçı fikirlərin ölkəyə daxil olmaması üçün Liviyada işləyən koreyalıların ölkəyə qayıtmasına icazə vermir. Məlumata görə, informasiya blokadası səbəbilə Şimali Koreya vətəndaşlarının “Ərəb Baharı” adlı Şimali Afrika və Yaxın Şərq ölkələrindəki inqlablardan da xəbəri yoxdur. İnqlab fikrinin ölkəsinə sıçramasından ehtiyyatlanan Kim Çen İrin həkim, inşaat və s. işlərdə işləyən vətəndaşlarını ölkəyə buraxmaması səbəbilə 200-ə yaxın koreyalı vətəndaş müharibəsi vaxtı Liviyada çətin günlər yaşayıblar- "anspress" xəbər verir.
Türkiyənin “Hürriyət” qəzeti Cənubi Koreyanın “The Korea Herald” qəzetinə istinadən xəbər verir ki, Şimali Koreyada ölkə vətəndaşları dünyada olan hadisələrin heç 1 faizindən də xəbərdar deyil. Dünyanın ən qaynar hadisələrindən xəbər tutmayan bu insanlar polkovnik Muammər Qəddafinin qiyamçılar tərəfindən öldürülməsindən də xəbərsizdirlər.