Mossadın sabiq rəsmisi tənqid atəşinə tutulub

Tehran Radiosu – Sionistlər Mossadın sabiq başçısını İrana qarşı ehtimal olunan hücumu axmaqlıq adlandırdığı üçün tənqid atəşinə tutublar .

Onlar həmçinin bu kimi sözlərin Sionist rejimin zəifləməsi ilə nəticələndiyini xüsusi qeyd ediblər.

 

Sionist rejimin müharibə naziri Ehud Barak İsrail radiosuna verdiyi müsahibədə deyib : İsrailin İran barədəki layihələrini şübhə altına alan hər bir hərəkət Təl-Əvivin İran müqabilində zəifləməsi ilə nəticələnir.

 

O təkidlə vurğulayıb ki , İrana qarşı hərbi tədbir planı masa üzərində saxlanılmalıdır . 

 Eyni halda müşahidəçilərin fikrincə bu kimi mövqelərin səsləndirilməsi Sionist rejim başçıları arasında kəskin haçalanmalara dəlalət edir.

 

Mossadın sabiq sədri Meir Daqanın İrana qarşı hücum planının axmaqlıq olduğu barədəki sözləri Sionist rejimin müxtəlif rəsmilərinin reaksiyalarına səbəb olub. O cümlədən Sionist rejimin infrastruktur işlər naziri Ozi Landava Daqanın böyük etibara malik olduğuna baxmayaraq həmin sözlə böyük səhvə yol verdiyini vurğulamışdır.

 

Həmçinin Sionist rejimin texnologiya naziri Daniel Holkovtiz də Daqan əleyhinə cinayət işinin açılmasını vacib sayaraq , "o həmin sözü istər düz istərsə də yanlış söyləməməli idi" demişdir.

 

Sionist rejimin maliyyə naziri Yuval Ştaynitez də Daqanı tənqid edərək deyib : Mən Daqanı çoxdandır tanıyıram. O həmişə hərbçilərin çox danışmalarının əleyhinə idi . Məncə hər bir alim buna əməl etməlidir və o bunu başa düşməlidir.

 

Qeyd edək ki, Daqan ötən ay Hebron Universitetində İranın nüvə təsisatına qarşı hücum planı barədə danışıb . O İranın nüvə təsisatına qarşı hücum planı barədə "Ömrüm boyu belə bir axmaqlığa rast gəlməmişəm"-demişdi


В этом разделе