Rusiya paytaxtının Tver Rayon Məhkəməsi İslam dinini və peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filmini ekstremist xarakterli film olması barədə qərar çıxarıb.
Məhkəmə Rusiya Baş Prokurorluğu filmlə bağlı müraciətinə baxıb.
Məhkəmə qərarına əsasən, “Müsəlmanların məsumiyyəti” ekstremist film elan olunub. Baş Prokurorluğun müraciətinə baxan hakim Yevgeni Komissarov jurnalistlərə açıqlamasında müraciətin qəbul olunduğunu söyləyib.
Baş prokurorluğun mətbuat katibi Marina Qridneva bildirib ki, qərar qüvvəyə minəndən sonra “Müsəlmanların məsumiyyəti” filmi ədliyyə nazirliyinin ekstremist siyahısına salınacaq: “Baş prokurorluğun istəyi ilə film üzərində psixoloji və dil xüsusiyyətləri ilə bağlı araşdırma aparılıb. Bu araşdırma nəticəsində filmin dini nifrət və düşmənliyi təbliğ etdiyini, etnik və dini baxımdan insanlığa qarşı təhqirdən ibarət olduğu məlum olub”.
M. Qridneva Dövlət Təhqiqat Komitəsinin bu filmin ekstremist xarakterli film elan olunması və Rusiyada internet məkanında da nümayişinin qadağan olunması barəsində məhkəməyə müraciət etməyə hazırlaşdığını bildirib.
Qeyd edək ki, keçən cümə günü Çeçenistanın Qroznı şəhərinin Leninski Bölgə Məhkəməsi “Müsəlmanların məsumiyyəti” filminin ekstremist xarakterli film olması barədə qərar çıxarıb.
APA