Molla Ömərin öldürülməsi xəbəri təsdiqini tapmadı

Əfqanıstan kəşfiyyat xidməti isə Molla Ömərin yoxa çıxdığını deyib

Taliban qruplaşması liderləri Molla Məhəmməd Ömərin qonşu Pakistanda qətlə yetirilməsini təkzib edib-ANS PRESS xəbər verir. Qruplaşma Molla Məhəmməd Ömərin sağ olduğunu və Əfqanıstanda olduğunu bildirib. Kabildə keçirilən mətbuat konfransında Əfqanıstan kəşfiyyat xidmətinin sözcüsü Lütfullah Maşal Molla Ömərin Qetodan Şimali Vəziristana hərəkət edərkən yoxa çıxdığını deyib. Kəşviyyat xidməti sözcüsü hadisənin Taliban liderinin hərəkət etdiyi yolda baş verə biləcəyini, amma özlərində Taliban liderinin taleyi haqda dəqqiq məlumatlarının olmadığını deyib.

В этом разделе