Mixail Saakaşvili Barak Obama ilə görüşüb

ABŞ prezidenti Barak Obama gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə görüşüb

Prezidentlərin görüşü ilk dəfədir Ağ evdə keçirilib.

Amerieka tərəfinin məlumatına görə, Barak Obama və Mixail Saakaşvili müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələsinə xüsusi diqqət ayırıblar.

Barak Obama bəyan edib ki, ABŞ və Gürcüstan azad ticarətlə bağlı saziş üzərində işləyirlər və ticarət əlaqələri möhkəmləndirəcəklər: “Biz ölkələrimiz arasında davamlı ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə etdik”.

Barak Obama Birləşmiş Ştatların Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha ifadə edib. Qeyd edək ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın işğal edilmiş əraziləri hesab edir.   /ans press/

В этом разделе