Misirin paytaxtı Qahirə şəhərinin İmbaba rayonunda dini zəmində baş verən toqquşmalar nəticəsində 15 nəfər ölüb
APA-nın “Əl-Əhram” internet portalına istinadən verdiyi məlumata görə, əvvəlcə kütləvi dava-dalaş və atışmada 12 nəfərin öldüyü açıqlanmışdı. Sonradan xəstəxanaya aparılan yaralılardan 3-ü keçinib. Yaralıların sayı 240 nəfərdir.
Qeyd edək ki, ötən şənbə günü Qahirədəki Mari-Mina kilsəsi qarşısında xristianlarla müsəlmanlar arasında toqquşma baş verib. Buna müsəlmanlığa keçən xristian qızın qaçırıldığı barədə şayiələr səbəb olub. Odlu silahdan da istifadə olunduğu toqquşmalar bütün gecə davam edib. İki kilsə, onlarla ev yandırılıb. Olayların qarşısını almaq üçün polis və ordu qüvvələrə əraziyə yeridilib. 200-dən çox adam həbs edilib.