“Min ilin ən soyuq qışı” iddiaları yalan imiş

Son günlər mətbuatda yayılan, “bu il son min ilin ən soyuq qışı olacaq” iddiaları yalan çıxdı.

Bu barədə məlumatı Türkiyənin Ətraf mühit və meşə naziri Veysəl Əroğlu verib. Belə xəbərlərin həqiqəti əks etdirmədiyini deyən nazir bu istiqamətdə apardıqları araşdırmalara görə, bu qış havanın temperaturunun mövsüm normalarından ən çox 0.5 ilə 1 dərəcə fərqlənəcəyini deyib.

anspress.com-un xəbərinə əsasən Əroğlu bu il və gələn ilin mövsüm aylarında düşəcək yağıntının da normal miqdarda olacağını vurğulayıb.

В этом разделе