Məscidin səsgücləndiricisindən PKK təbliğatı

Məscidin minarəsindən Abdullah Öcalanın 15 avqustla bağlı çıxışının audio-lenti səsləndirilib

Türkiyədəki məscidlərdən birində azan vermək üçün nəzərdə tutlan səsgücləndiricidən PKK lideri Abdullah Öcalanın çıxışı səslənib. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə Şırnak vilayəti Uludere rayonu Şənoba qəsəbəsindəki məsciddə baş verib. Məlumata görə, əvvəl məscidin səsgücləndiricisindən kürd dilində mahnılar və marşlar səsləndirilib. Daha sonra isə Abdullah Öcalanın 15 avqustla bağlı çıxışının audio-lenti səsləndirilib.

Baş vermiş hadisə barədə istintaq başladılıb və bir nəfər şübhəli jandarma qüvvələri tərəfindən saxlanılıb.

Xatırladaq ki, keçən həftə Şırnak şəhəri “Atatürk” məhəlləsindəki məsciddə kürd müğənni Şivan Perverin “İrəli gedin” marşı səsləndirilmişdi.

В этом разделе