Merkel, istefa vermiş prezident Kristian Vulfun sözlərini təkrarlayıb
Almaniya kansleri Angela Merkel seçmə vətəndaşlarla İnternet söhbətində Almaniyanın keçmiş prezidenti Vulfun İslam ilə bağlı dediklərini təkrarlayıb, - "Deyerler" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Almaniya kansleri İnternetdə Google şirkəti tərəfindən hazırlanan video konfrans vasitəsilə vətəndaşların suallarını cavablandırıb. Federal hökumət tərəfindən Merkel ilə danışması üçün 6 vətəndaş seçilib.
Merkel ilə danışmaq haqqı verilən Hani əl-Muhəmmədi adlı tələbə Almaniyada gəlmələrə və müsəlmanlara qarşı daha açıq olunmasının tələb olunduğunu bildirib. Merkel əl-Muhəmmədiyə verdiyi cavabında Almaniyada gəlmələrin bu ölkə üçün bir zənginlik olduğunun yavaş-yavaş öyrənildiyini bildirib. O, daha sonra İslamın Almaniyaya aid olduğunu bildirib. Merkel, istefa vermiş prezident Kristian Vulfun sözlərini təkrarlayıb. Belə ki, Vulf Almaniyanın birləşməsinin 20-ci ildönümü münasibətilə çıxışı zamanı İslamın Almaniyanın bir hissəsi olduğunu bildirmişdi.