Mərcei təqlidlər Bəhreyn qətliamını pislədilər

Səud qüvvələrinin ölkəni tərk etməsi tələb olunub

Səudiyyə Ordusunun Bəhreynli şiələri qətliam etməsinə İslam dünyasının böyük alimləri etiraz etməkdədirlər.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti İran mediasına istinadən xəbər verir.

Ayətullah Məkarim Şirazi, Ayətullah Cavad Amuli, Ayətullah Safi Gülpayiqani, Ayətullah Cəfər Sübhani və Nəcəfdə yaşayan Ayətullah Seyyid Məhəmməd Təqi Müdərrisi bəyanat yayıblar.
Bəyanatda Səud rejiminin qətliamları sərt tənqid edilir və tez bir zamanda İslam dünyasının buna reaksiya verməsi tələb olunur.

Adları qeyd olunan mərcei təqlid müctehidləri Səud rejimindən tez bir zamanda Bəhreyni tərk etməsini tələb ediblər.

 

В этом разделе