Merac gecəsi Əl-Əqsa günü elan olundu

Müqəddəs Əl-Əqsa məscidinə həsr edilmiş beynəlxalq simpozium Merac gecəsində keçirilməsi əvvəlcədən nəzərdə tutulan ƏI-Əqsa gününün təsis edilməsi ilə nəticələnib. 

 Beynəlxalq müşavirə “İstanbul sülh platforması” tərəfindən təşkil edilmiş və özündə bir sıra müsəlman QHT və xeyriyyə assosiasiyalarını birləşdirmişdi, - İslam.ru xəbər verir.

Müşavirənin sonunda qəbul edilmiş yekun bəyənatda Əl-Əqsa məscidi və müqəddəs Qüds şəhərinin müsəlmalar üçün nə dərəcədə önəmli olduğundan söhbət açılır. Bəyənatda o da bildirilir ki, beynəlxalq ictimaiyyət, xüsusilə də Türkiyə Əl-Əqsa məscidini və onun ətrafını İsrail rejiminin mənfur niyyətlərində tutduqları plan əsasında dağıntılardan qorumalıdır. "Dəyərlər"


В этом разделе