Taym Turk xəbər verir ki, Səudiyyə ərəbistanının Məkkədə tikdiyi göydələn yandı. Məscidül Həramın yanında tikilən 2 milyard dollarlıq Sarah Qülləsinin inşaatında yanğın çıxdı. Əvvəlki gün işçilərin 14-cü mərtəbədə qaynaq əsnasında gətirib çıxardığı yanğınla qüllənin altı mərtəbə yandı. 20-ci mərtəbəyə qədər sıçrayan yanğının uzun işlər nəticəsində ancaq gecə söndürüldüyü ifadə edildi. Yeddi qüllədən ibarət olan Kral Əbdüləziz Hədiyyə Proyektinin inşaatını Bin Ladin Qrupu icra edir.
Ebrac əl Beyt Qüllələri deyə də xatırlanan proyekt əhatəsindəki Həcər Qülləsi də altı ay əvvəl bənzər şəkildə yanmışdı. 10 saat davam edən yanğında Həcərin doqquz mərtəbəsi xarab olmuşdu. Proyektin mərkəzindəki 600 metr uzunluğundakı qüllə tamamlanınca dünyanın ən uzun saat qülləsi ünvanına sahib olacaq. 76 qatla qüllə beş ulduzlu və 1005 otaqlı Fairmont Hotelə ev sahibliyi edəcək.
Məkkədəki göydələnin 6 mərtəbəsi kül oldu
Kral Əbdüləziz hədiyyə proyektindəki yeddi qüllədən biri olan Sarahın altı mərtəbəsi yanıb kül oldu.