Məhəmməd Əli İranın ali dini liderinə müraciət etdi

Keçmiş çempion həbsdə saxlanlan iki amerikalı alpinistin azadlığa buraxılmasını xahiş edib

Boks üzrə keçmiş dünya çempionu Məhəmməd Əli (Kassius Kley) İranın ali dini lideri Seyyid Əli Xameneyiyə məktub yazaraq həbsdə saxlanlan uki amerikalı alpinistin azadlığa buraxılmasını xahiş edib: “Alicənab və əziz qardaşım, mən İran rəsmilərinin həbsdə saxladığı Coş Fattal və Şeyn Bauerin mərhəmətinizlə azadlığa buraxılmasını istəyirəm. Mən, ürəyinizdəki rəhm və şəfqəti dünyaya göstərərək bu iki amerikalının azadlığa çıxmasına yardım göstərməyinizi xahiş edirəm. Mən həmişə sizin müsəlman qardaşınız olaraq qalacağam”.

Qeyd edək ki, Şeyn Bauer və Coş Fattal adlı iki alpinist 2009-cu ilin iyun ayında İran-İraq sərhəddində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar. Qohumlarının verdiyi məlumata görə, İranın casusluqda ittiham etdiyi alpinistlər İraqın şimalındakı kürd ərazisində gəzərkən bilmədən İran sərhəddini pozublar./ANS PRESS/

В этом разделе