Konqoda “xaç suyuna çəkilmə” mərasimində 12 nəfər boğuldu

Konqoda xristianların “xaç suyuna çəkilmə” mərasimi zamanı çaya salınan 12 nəfər boğulub. Hadisə ölkənin paytaxtı Kinşasa yaxınlığında Luzizila çayında baş verib, - Lenta.ru xəbər verir.


Yerli xristian sektalarından birinə aid olan 12 nəfər ayinin tələblərinə uyğun olaraq çayın dibinə baş vurmuş, lakin bir daha çayın üzünə çıxmamışlar. Ayini icra edən keşiş Tete Kalanqanqu və onun köməkçisi işin bu yerdə olduğunu görərək hadisə yerindən qaçıb uzaqlaşmışlar.

Qeyd etmək lazımdır ki, belə bədbəxt hallar bu cür ayinlərin keçirilməsi zamanı tez-tez qeydə alınır. Bu cür hadisə son dəfə 2009-cu ilin fevral ayında Cənubi Afrikada baş vermiş və bu zaman dörd nəfər vəfat etmişdi. Konqoda isə belə hadisə 2007-ci idlə baş vermişdi və bu zaman on nəfər çayda boğulmuşdu. ("Dəyərlər" AİN)


В этом разделе