Klinton öz gözündəki «tiri» görməməyə üstünlük verdi

«Yeni Şərq»in AP agentliyinə istinadən verdiyi məlumata əsasən, Amerikanın Dövlət katibi Hillari Klinton İranı Fələstinin daxili işlərinə qarışmaqda ittiham edib.
Klintonun söylədiklərini cavab kimi də dəyərləndirmək olar. Belə ki, İslam Respublikasının dini lideri Seyyid Əli Xamenei daha öncə Tehranda verdiyi açıqlamada ABŞ prezidenti Barak Obamanı Corc Buşun yanlış siyasətini davam etdiməkdə günahlandırmışdı.

Misirdə təşkil edilən Qəzzaya yardım konfransında iştirak edən ABŞ-ın Dövlət katibi bildirib ki, bir çox ərəb və Yaxın Şərq dövlətlərinin başçıları ilə görüşləri zamanı İrandan şikayətlər daxil olub.

Klinton bildirib ki, bu ölkənin HƏMAS və «Hizbullah» kimi təşkilatlara dəstək verməsi regionda sülhün bərqərar olmasını əngəlləyir.

Təəssüf ki, xanım siyasətçi ABŞ-ın İsrailə dəstəyinin bölgədə vəziyyəti nə dərəcədə gərginləşdirməsindən söz açmayıb.

В этом разделе