Khuali Ming: Çin xarici siyasətinin vacib prioritetlərindən biri İranla əməkdaşlığı inkişaf etdirməkdir.

“Çin xarici siyasətinin vacib prioritetlərindən biri İranla əməkdaşlığı inkişaf etdirməkdir.” FXA-nın xəbərinə görə, İran-Çin Dostluq Cəmiyyəti sədrinin köməkçisi ölkəsinin İranla münasibətləri barədə danışarkən belə demişdir.

İslami Şura Məclisi Sədrinin müavini Höccətül-İslam Seyyid Məhəmməd Həsən Əbuturabifərd İran-Çin Dostluq Cəmiyyəti sədrinin köməkçisi Khuali Ming ilə görüşündə İranla Çinin Asiya qitəsində qədim keçmişi, köklü və parlaq mədəniyyətləri, eyni zamanda hər iki ölkənin elmi, mədəni, siyasi və sosial sahələrdə çox dəyərli bir keçmişə sahib olmalarına toxunmuş və İranla Çinin bütün sahələrdə əməkdaşlığını inkişaf etdirməyə dair imkanlarının istifadə edilməsi vacibliyini vurğulamışdır.

Məclis Sədrinin müavini Höccətül-İslam Əbuturabifərd daha sonra İranla Çin arasında iqtisadi və sənaye sahələrində münasibətləri haqqında danışaraq demişdir: “Hər iki ölkənin yeni elmlər, tibb, biotexnologiya, nanotexnologiya və turizm kimi sahələrdə sahib olduqları imkanlarının istifadə edilməsinə ehtiyac vardır. İslami Şura Məxlisi bu məsələdə lazımi dəstəyi verəcəkdir.”

Görüşün davamında Çin-İran Dostluq Cəmiyyətinin sədr köməkçini Khuali Ming də çıxışında iki ölkə arasında müxtəlif sahələrdə davam etməkdə olan münasibətlərin çox yaxşı və perspektivli olduğunu qeyd etmiş və “Çin xarici siyasətinin vacib prioritetlərindən biri İranla əməkdaşlığı inkişaf etdirməkdir.” – deyə əlavə etmişdir.

В этом разделе