Verilən məlumatlara görə, Kəşmirdə Hindistan hökumətinə qarşı etiraz aksiyası keçirən şəxslərlə polis arasında baş verən qarşıdurmalar üç gündür ki, davam edir.
Hadisə işğal altında olan Kəşmirdə 14 yaşlı Vamiq Faruqun öldürülməsindən sonra baş verib. Minə yaxın etirazçı küçələrdə Hindistan işğalını pisləyərək, qətlə yetirilən uşağın cinayətkarlarının tez bir zamanda cəzalandırılmasını tələb edib. Hindistan polisi isə aksiyaçıların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.
İndiyədək 100-ə yaxın aksiyaçı və polisin qarşıdurmalarda yaralandığı haqda məlumat verilib.
/dunyabulteni/
/AzeriMuslims/