Keşiş kilsədə İslam dinindən danışdı

Müqəddəs Mitrofan Voronejski kilsəsinin baş keşişi Dmitriy Smirnov müsəlmanların öz bayramlarına və insanlara qarşı göstərdiyi diqqətdən danışıb.

313news.net-in verdiyi məlumata görə, Dmitriy Smirnov çıxışında kişilərin kilsə ziyarətinə və ibadətə laqeydliklərini də qınayıb. O deyib:

"Müasir müsəlman Allaha xoş gedən əməlləri bilir, amma müasir xristian bilmir. İndi kim Allaha daha yaxındır? Müsəlmanlar Allaha daha yaxındır. Ona görə də gələcək müsəlmanlarındır. Yer kürəsinin əhalisini onlar təşkil edəcək. Çünki müasir xristiana bunlar lazım deyil. Müsəlmanlar istiqanlıdırlar, oruc tuturlar. Hətta onların bayramlarında camaat məhəllərlə girməyə ehtiyat edirlər. On minlərlə gənc oğlan səcdəyə gedərək Allaha ibadət edirlər. Siz heç bu qədər provoslav kişini (kilsədə ibadət edən) görmüsünüzmü? Heç yerdə və heç vaxt. Ancaq qadınlardır."

 

В этом разделе