Əfqanıstan prezidenti qərb mətbuatının iddialarını rədd edib
Amerikanın "New York times" qəzeti İranın Əfqanıstanı təsirə salmaq üçün hakimiyyətə rüşvət verdiyi haqda iddialara yer vermişdi. IRNA-nın məlumatına görə mətbuat konfransı keçirən Əfqanıstan prezidenti Həmid Kərzai bu xəbərləri təkzib edib. O deyib: "İran höküməti il ərzində hər dəfə 500-700 min avro olmaqla 2-3 dəfə yardımlar edir. Bunların hamısı rəsmi yardımlardır".
İranın Əfqanıstandakı səfirliyi bu məlumatları yalanlayıb: "Bu həm təhqirdir, həm də gülüncdür".