Katolik kilsəsi Fransada müsəlmanlara dəstək verdi

Fransada Katolik kilsəsi üzü örtən çadranın qadağan olunmasına etiraz edərək ölkə rəsmilərini müsəlmanların hüquqlarına hörmət göstərməyə çağırıb.

Fransada Katolik kilsəsi üzü örtən çadranın qadağan olunmasına etiraz edərək ölkə rəsmilərini müsəlmanların hüquqlarına hörmət göstərməyə çağırıb. Rahib Maykl Santier müsəlman ölkələrinin xristianlara göstərdiyi rəftarı Fransanın da müsəlmanlara göstərməli olduğunu deyib. “Əgər İslam ölkələrinin öz torpaqlarında xristian etniklərə hörmət göstərməsi istənirsə, Fransa da öz torpaqlarında müsəlmanların hüquqlarına hörmət etməlidir”.

Fransada dinlərarası dialoq üzrə katolik kilsəsinin nümayəndəsi də olan Santier hazırda çox az sayda müsəlman qadının niqablı çadra geyindiyini, amma qərar parlamentdən keçərsə əks-təsirlə bu geyimdən istifadə edənlərin çoxalacağını vurğulayıb.

Xatırladaq ki, Fransa parlamentində qurulan araşdırma komissiyası keçən həftə hazırladığı hesabatda niqablı çadraların inzibati binalarda qadağan olunması üçün əvvəl parlamentdən qərar, daha sonra isə qanun çıxarılmasını tələb etmişdi.
./anspress/

В этом разделе