Kabildə Amerika əleyhinə aksiya keçirilib

Bu gün Kabildə tələbələr Amerika əleyhinə nümayiş keçirib.

Onlar ötən həftə keçirilmiş əməliyyat zamanı dinc sakinlərin ölümünə etiraz bildirib, cavabdehlərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Əfqanıstan hökumətinin dediyinə görə ABŞ təyyarələrinin keçirdiyi bu əməliyyat zamanı 100-dən çox dinc sakin ölüb.

ABŞ və Əfqanıstan hərbiçilərinin keçirdiyi birgə istintaq dinc sakinlərin ölümünü təstiqləyib.

Amma Amerika hərbiçiləri rəqəmin şişirdildiyini deyir.

Azadlıq radiosu

В этом разделе