Yeni doğulan körpəyə bu adın qoyulmasına icazə verilməyib
İsveçrədə ailə yeni doğulan körpələrinə “Allah” adı qoymaq istəyib. Amma ölkənin Malmö de Burlöv bölgəsində yaşayan ailənin bu arzusu ürəyində qalıb. Bələdiyə rəsmisi bu qadağanı belə açıqlayıb: "“Allah adını əvvəldən daşıyanlar üçün heç bir qadağa qoya bilmərik. Amma yeni doğulan uşaqlara bu adın qoyulmasına icazə verə bilmərik”.
Bu qadağa İsveçin “Ad qanuna” əsaslandırılaraq tətbiq edilib. Belə ki, qanunda “insanları çətin vəziyyətə sala biləcək adların qoyulmasının qadağan edilə biləcəyi” nəzərdə tutulur.
Qeyd edək ki, “Allah” adının qoyulmasının qadağan edilməsinə baxmayaraq, hazırda İsveçrədə bu adı daşıyan 54 nəfər var.
/ANSPress/